Ələkbər Həsənov üçün son oyun

Beynəlxalq dərəcəli azərbaycanlı hakim Ələkbər Həsənov beynəlxalq yarışlarda son dəfə baş hakim kimi meydana çıxacaq.
"Mediasport" xəbər verir ki, o, 16 yaşadək oğlanlar arasında Avropa çempionatının Sloveniya və İtaliya yığmaları arasında 3-cü yer uğrunda keçiriləcək oyunu idarə edəcək.
Gürcüstanda keçiriləcək qarşılaşma bu gün Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.