Yığmamız Lüksemburqla üz-üzə

16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının B divizionunda 3-cü oyununu çıxıb.
"Mediasport" xəbər verir ki, yığmamız Slovakiya ilə oyunda 62:70 hesabı ilə məğlub olub.
Buna qədər Azərbaycan İsveçə (57:84) və Niderlanda (49:81) uduzub və qrupda sonuncu - 5-ci pillədə qərarlaşıb.
Millimizin növbəti rəqibi Lüksemburq olacaq. Oyun bu gün saat 21:30-da başlanacaq.