FİFA 2025-ci il üçün dünyanın ən yaxşı qapıçısının adını açıqladı

FİFA 2025-ci il üçün dünyanın ən yaxşı qapıçısının adını açıqladı

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) 2025-ci ilin ən yaxşı qapıçısının adını açıqlayıb.

"Mediasport" xəbər verir ki, “The Best” mükafatına İngiltərənin “Mançester Siti” klubunun qolkiperi Canluici Donnarumma layiq görülüb.

İtaliyalı əlcək sahibi səsvermədə Alisson Bekker (“Liverpul”, İngiltərə), Tibo Kurtua (“Real" M., İspaniya), Emiliano Martines (“Aston Villa”, İngiltərə), Manuel Noyer (“Bayern”, Almaniya), David Raya (“Arsenal”, İngiltərə), Yan Zommer (“İnter”, İtaliya) və Voytsex Şensnini (“Barselona”, İspaniya) qabaqlayıb.

Xatırladaq ki, mükafatı son dəfə ötən il argentinalı Emiliano Martines qazanıb.