FİFA növbəti yeniliyə başlayır

FİFA növbəti yeniliyə başlayır

FİFA 2027-ci ildən beynəlxalq transferlərdə fərqli sistem tətbiq edəcək.

"Mediasport" xəbər verir ki, əgər klub və ya futbolçu arasındakı müqavilə əsassız yerə pozularsa, zərər çəkən tərəf qarşı tərəfdən dəymiş ziyanın tam əvəzini tələb edə biləcək.

Bu məbləğ obyektiv meyarlara əsasən hesablanacaq.

Artıq hər bir beynəlxalq transferdə oyunçunun da payı olacaq. Transfer qiymətinin 5 faizi birbaşa futbolçuya ödəniləcək.

Xüsusilə, illik maaşı 150 min avrodan aşağı olan oyunçular üçün bu 5 faizlik ödənişin alınması artıq bir qayda olaraq məcburidir.

Bu dəyişikliklər həm mübahisəli ayrılıqlarda maliyyə itkilərinin qarşısını almağı, həm də daha aşağı gəlirli futbolçuların transfer prosesindən birbaşa faydalanmasını hədəfləyir.