Türkiyə yığmasının üzvü dünyada ilin ən yaxşı gənci seçilə bilər

21 yaşadək futbolçular arasında ən yaxşı gənc oyunçu adına namizədlər müəyyənləşib.
"Mediasport" xəbər verir ki, siyahıda Türkiyə milli komandasının üzvü Kənan Yıldız da ("Yuventus", İtaliya) yer alıb.
Siyahıya daxil olan digər futbolçular: Pau Kubarsi, Lamin Yamal (hər ikisi "Barselona", İspaniya), Ayyub Buaddi ("Lill", Fransa), Dezire Due, Joau Neveş (hər ikisi PSJ, Fransa), Estevao ("Çelsi", İngiltərə), Din Heysen ("Real", İspaniya), Maylz Lyuis Skelli ("Arsenal", İngiltərə), Rodriqo Mora ("Portu", Portuqaliya).
Səsvermədə "Qızıl top" mükafatının qalibləri iştirak edəcəklər.
"Kopa Trophy" mükafatının son qalibi Lamin Yamal olub.