Gənclər və idman naziri Bakıda Qoran Giorgiyevi qəbul etdi

Gənclər və idman naziri Bakıda Qoran Giorgiyevi qəbul etdi

Gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan DSHT Avropa Regional Skaut Komitəsinin sədri Mattias Gerzi və Dünya Skaut Bürosunun Strateji koordinasiya və təşkilati inkişaf departamentinin baş meneceri Qoran Giorgiyevi qəbul edib.

"Mediasport" xəbər verir ki, görüş zamanı Azərbaycanda skaut hərəkatının inkişafı, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi və birgə təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan Skautlar Assosiasiyasının sədri İlyas İsmayıllı, Milli Baş Müvəkkil, baş katib vəzifəsini müvəqqəti icra edən Famil Məmmədov iştirak ediblər.