2-ci mərhələdə ilk tur 2 matçla yekunlaşacaq - Çempionlar Liqası

2-ci mərhələdə ilk tur 2 matçla yekunlaşacaq - Çempionlar Liqası

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk matçlarına yekun vurulacaq.

"Mediasport" xəbər verir ki, ikinci oyun günündə qalan iki görüş keçiriləcək.

Azərbaycan çempionu "Qarabağ"ın qarşılaşması turun son dueli olacaq.

Mərhələnin 13 oyunu dünən baş tutub.


UEFA Çempionlar Liqası. 2-ci təsnifat mərhələsi. İlk oyunlar


21:00. "Brann" (Norveç) - "Zalsburq" (Avstriya)

22:45. "Şelburn" (İrlandiya) - "Qarabağ" (Azərbaycan)