Azərbaycan çempionatı: İlk gündə 5 çəkidə finalçılar məlum oldu
Böyüklər arasında güləş üzrə Azərbaycan çempionatı start götürüb.
"Mediasport" xəbər verir ki, ilk gündə 5 çəki dərəcəsində yarışlar baş tutub.
Yunan-Roma güləşində 55, 63, 72, 82, 97 kq-da finalçıların adları məlum olub.
Azərbaycan çempionatı. Yunan-Roma güləşi
55 kq
Elmir Əliyev (Neftçi) – Rəşad Məmmədov (“Neftçi”, Şəmkir)
63 kq
Ziya Babaşov (Neftçi) – Sakit Quliyev (Neftçi)
72 kq
Fəraim Mustafayev (Neftçi) – Xalid Həsənov (Neftçi)
82 kq
Elmin Əliyev (MOİK Lənkəran) – Tuncay Vəzirzadə (Neftçi)
97 kq
Məhəmməd Əhmədiyev (Neftçi) – Murad Əhmədiyev (Neftçi)
