FİFA Ronaldonun olmadığı DÇ-2026-nın rəsmi posterini sildi
Beynəlxaq Futbol Federasiyaları Assosiasiyası (FİFA) sosial media hesablarından futbol üzrə DÇ-2026-nın ilk rəsmi posterini silib.
"Mediasport" xəbər verir ki, buna azarkeşlərin kütləvi etirazı səbəb olub.
Dünya futbolunun canlı əfsanəsi, portuqaliyalı Kristiano Ronaldonun posterdə yer almaması fanatları hiddətləndirib.
Milyonlarla mənfi rəy qarşısında geri addım atan FİFA ciddi ictimai təzyiqlə üzləşib.
Yenilənmiş posterin ictimaiyyətə nə vaxt təqdim olunacağı barədə məlumat verilməyib.
