Hakimi təhqir edən "Sabah"ın legionerinə 4 oyunluq cəza verildi

AFFA İntizam Komitəsi "Sabah-2" klubunun futbolçusu Stefen Endeni 4 oyunluq cəzalandırıb.
"Mediasport" xəbər verir ki, buna futbolçunun Əvəzedicilər Liqasının XXXII turunda təhqiramiz davranışı səbəb olub.
Masazır klubunun legioneri “Qarabağ-2” ilə oyundan sonra hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alıb.
Futbolçu 4 oyunluq cəza alıb, klubu 300 manat cərimə edilib.