"Barselona" erkən çempionluğunu "El Klasiko"da rəsmiləşdirə bilər

"Barselona" erkən çempionluğunu "El Klasiko"da rəsmiləşdirə bilər

Bu gün İspaniyada mövsümün sonuncu "El Klasiko"su baş tutacaq.

"Mediasport" xəbər verir ki, "Barselona" ilə "Real" arasında əbədi və əzəli rəqabətin növbəti dueli La Liqanın 35-ci turuna təsadüf edəcək.

Lider "Barselona" doğma "Nou Kamp"da keçiriləcək tarixi derbidə həm də erkən çempionluğunu rəsmiləşdirə blər.

Kataloniyalılar 34 turdan sonra 88 xalla Madrid klubunu 11 xal qabaqlayırlar.

Matça gəlincə, komandaların heyətlərində ciddi itkilər var.

Meydan sahiblərinin ulduzu Lamin Yamal, "kral klubu"ndan isə Dani Karvahal, Eder Militao, Arda Gülər, Ferlan Mendi, Rodriqo və Federiko Valverde görüşü kənardan izləyəcək.

Qarşıdurma Bakı vaxtilə saat 23:00-da start götürəcək və "İdman TV" vasitəsilə canlı yayımlanacaq.