Heydər Əliyevin xatirə turnirində ilk yarımfinalçılar məlum oldu

 Heydər Əliyevin xatirə turnirində ilk yarımfinalçılar məlum oldu

Bakıda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan həndbol üzrə beynəlxaq turnir keçirilir.

"Mediasport" xəbər verir ki, bu gün yarışda ilk yarımfinalçılar müəyyənləşib.

A qrupunun son turunda OKMK (Özbəkistan) və "Kür" (Azərbaycan) komandaları üz-üzə gəliblər.

31:25 hesabı ilə qələbə ilə Özbəkistan təmsilçisi 1/2 finala lider, "Kür" isə ikinci yerin sahibi kimi çıxıb.