Azərbaycan millisi Avropa Kubokunu ikinci sırada başa vurdu

Qubada təşkil olunan yeniyetmə cüdoçular arasında Avropa Kuboku başa çatıb.
"Mediasport" xəbər verir ki, Azərbaycan millisi son yarış günündə 3 gümüş, 3 bürünc olmaqla 6 medal qazanıblar.
Yığmamızın heyətində Səid Şərifov (73 kq), Amin Mehdiyev (81 kq) və Səid Hüseynov (90 kq) ikinci, Məhəmməd Ağakişiyev (73 kq), Sübhan Axundov və Tunar Fərzəliyev (hər ikisi +90 kq) isə üçüncü yeri tutublar.
Qeyd edək ki, komandamız ilk gündə 12 medal (3 qızıl, 3 gümüş və 6 bürünc) əldə etmişdi.
Anar Quliyev (50 kq), Zeyd Ələsgərov (60 kq), Nuranə Hacızadə (48 kq) qızıl, Rəsul Əlizadə (55 kq), Fəxri Sahibzadə (66 kq), Leyla Ələkbərova (48 kq) gümüş, İbrahim Talıbov, Rza Xəlilli (hər ikisi 50 kq), Röyal Qayıbov (60 kq), Hüseyn Hüseynov (66 kq), Xədicə Abdullayeva (44 kq) və Aysun Məmmədova (52 kq) bürünc mükafata yiyələniblər.
Ümumilikdə 3 qızıl, 6 gümüş və 9 bürünc medala sevinən Azərbaycan millisi Avropa Kubokunda komanda hesabında ikinci yeri təmin edib.