Kamran Xappayev “Uzbekistan Open” turnirinin qalibi oldu

Azərbaycan ağırlıqqaldıranı Kamran Xappayev “Uzbekistan Open” turnirinin qalibi olub.
"Mediasport" xəbər verir ki, yeniyetmə atlet Özbəkistanın Çirçiq şəhərində keçirilən yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
61 kq çəki dərəcəsində yarışanmilli üzvü birdən qaldırma hərəkətində 103 kq nəticə göstərərək birinci olub.
O, təkanla qaldırma hərəkətində də eyni uğuru təkrarlayıb. Atlet bu dəfə 123 kq ağırlığı ram edib.
Beləliklə, toplamda 226 kq nəticə göstərən K.Xappayev yarışın qalibi adını qazanıb.
Aprelin 9-da İsa Əliyev və Malikə Biçekuyeva, 11-də isə Aslan Əmiraslanov mübarizəyə qoşulacaq.