"İdmanxeber" 12 yaşını qeyd edir

Bu gün Azərbaycanın tanınmış idman saytlarından İdmanxeber.az üçün əlamətdar gündür.
2013-cü il avqustun 13-də fəaliyyətə başlamış elektron qəzet 12 illiyini qeyd edir.
Səxavət Qurbanovun təsisçisi və baş redaktoru olduğu sayt dünya və Azərbaycan idmanında baş verən ən son yenilikləri, maraqlı müsahibə və reportajları, özəl xəbərləri oxuculara operativ və qərəzsiz çatdırır.
"Mediasport.com.az" olaraq, idmanın inkişafı və təbliği ilə davamlı və fasiləsiz məşğul olan saytın kollektivini, orada çalışan həmkarlarımızı təbrik edir, yaradıcılıq fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq.