"Qarabağ" “Futbol hamı üçün” sosial layihəsini həyata keçirdi

"Qarabağ" “Futbol hamı üçün” sosial layihəsini həyata keçirdi

“Qarabağ” Futbol Klubunun təşkilatçılığı və tərəfdaşı Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə “Futbol hamı üçün” mövzusunda sosial aksiya həyata keçirilib.

"Mediasport" xəbər verir ki, Premyer Liqanın 23-cü turunun "Araz-Naxçıvan"la oyunundan əvvəl baş tutan layihə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil olunub.

Təşəbbüs çərçivəsində azyaşlı qız uşaqları futbolçularla birlikdə meydana çıxaraq “Futbol hamı üçün” mesajını azarkeşlərə çatdırıblar.

Aksiyanın əsas məqsədi futbolda və cəmiyyətdə inklüzivlik, gender bərabərliyi və irqi bərabərlik kimi dəyərlərə diqqət çəkmək olub.

Bu təşəbbüslə bir daha vurğulanıb ki, futbol insanları birləşdirən, hər kəs üçün açıq olan və bərabərlik mesajı daşıyan universal bir oyundur.