İki taekvondoçumuz Niderland turnirində bürünc medal qazandı

Niderlandın Eyndhoven şəhərində 52-ci açıq çempionat start götürüb.
"Mediasport" xəbər verir ki, Azərbaycan idmançıları ilk yarış günündə iki medal qazanıblar.
Böyüklərdən ibarət millinin üzvləri Bəhruz Quluzadə (54 kq) və Eltac Qafarov (87 kq) bürünc mükafat əldə edib.