Bəhruz Quluzadə Belçika açıq çempionatının qalibi oldu

Azərbaycanın böyüklərdən ibarət taekvondo millisinin üzvləri Belçikanın Lommel şəhərində keçirilən açıq çempionatda uğurla çıxış ediblər.
"Mediasport" xəbər verir ki, yığma üzvləri yarışda 6 medal qazanıblar.
54 kq çəkidə mübarizə aparan Bəhruz Quluzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qaşım Maqomedov (63 kq) gümüş, Xıdır Məmmədov (54 kq), Səyyad Dadaşov (58 kq), Eltac Qafarov (87 kq), Səmərrrux Osmanova (49 kq) isə bürünc medal əldə ediblər.