Xorvatiya Qran-prisində ölkəmizi onlar təmsil edəcəklər - SİYAHI

 Xorvatiya Qran-prisində ölkəmizi onlar təmsil edəcəklər - SİYAHI

Noyabrın 14-16-da Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək cüdo üzrə Qran-pri yarışında iştirak edəcək Azərbaycan cüdoçuları müəyyənləşib.

"Mediasport" xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən təşkil ediləcək tunirdə ölkəmiz 9 çəki dərəcəsində 15 idmançı (12 kişi, 3 qadın) ilə təmsil olunacaq.

Komandalarımıza kişilərdən ibarət millinin böyük məşqçisi Robert Kravçik və qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif başçılıq edəcəkl.

Üç gün davam edəcək yarışda 49 ölkədən 398 cüdoçu (230 kişi, 168 qadın) mübarizə aparacaq.


Kişilər 

-60 kq

Hüseyn Allahyarov

Murad Muradlı

-66 kq

İslam Rəhimov

Nazir Talıbov

-73 kq

İbrahim Əliyev

Rüfət Şövlətov

-81 kq

Vüsal Qələndərzadə

-90 kq

Aslan Kotsoyev

Vüqar Talıbov

-100 kq

Əjdər Bağırov

+100 kq

Camal Qamzatxanov

Kənan Nəsibov


Qadınlar

-48 kq

Könül Əliyeva

-52 kq

Aydan Vəliyeva

Gültac Məmmədəliyeva