10 qol vuruldu, İngiltərə dünya 3-cüsü oldu - FANTASTİK MATÇ
ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatında ilk medalçı komanda müəyyənləşib.
"Mediasport" xəbər verir ki, bürünc mükafat uğrunda Fransa və İngiltərə milli komandaları üz-üzə gəliblər.
Uzun illər boyu danışılacaq matçda qapılara 10 qol vurulub və İngiltərə yığması tarixində ilk dəfə Dünya Kubokunun bürünc mükafatını qazanıb.
Xatırladaq ki, mundialın finalı bu gecə keçiriləcək.
DÇ-2026. Bürünc medal görüşü
Fransa - İngiltərə 4:6
Qollar: Kilian Mbappe, 48, 66, Bredli Barkola, 54, Usman Dembele, 90+6, - Deklan Rays, 3, Ezri Konsa, 18, Bukayo Saka, 37, 45+1, 87-pen., Cud Bellingem, 90+8.
Baş hakim: Xesus Valensuela (Venesuela)
Mayami stadionu

