İnternat məktəbinin uşaqları PFL-in təşəbbüsü ilə "Qarabağ"la görüşdü
Peşəkar Futbol Liqasının (PFL) təşəbbüsü və “Qarabağ” Futbol Klubunun dəstəyi ilə Bakı şəhəri 5 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbinin şagirdləri komandanın bazasında qonaq olublar.
"Mediasport" xəbər verir ki, tədbirdə klubun baş direktoru Emrah Çelikel, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, baş məşqçi Qurban Qurbanov, komandanın üzvləri və məktəbin müəllim heyəti iştirak edib.
Səmimi mühitdə keçirilən görüşdə şagirdlərə xüsusi diqqət göstərilib.
Onlar “Qarabağ”ın üzvləri ilə yaxından tanış olaraq ünsiyyət qurublar.
