"Sabah"ın Çempionlar Liqasında səfər matçı niderlandlıya tapşırıldı

 "Sabah"ın Çempionlar Liqasında səfər matçı niderlandlıya tapşırıldı

Noyabrın 4-dən 5-nə keçən gecə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək "Vikinq" - "Sabah" qarşılaşmasının hakimləri açıqlanıb.

"Mediasport" xəbər verir ki, Norveçdə baş tutacaq görüşü Niderlanddan olan ədalət təmsilçiləri idarə edəcəklər.

Baş hakim Sander van der Eykə yan xətlərdə Rens Blumink və Stefan de Qroot kömək göstərəcək.

Dördüncü hakim funksiyasını Joey Kooij yerinə yetirəcək.

Matç Bakı vaxtilə saat 00:00-da start götürəcək.