7 oyundur uduzmurlar - Lakin növbəti turda rəqib "Neftçi" olacaq

7 oyundur uduzmurlar - Lakin növbəti turda rəqib "Neftçi" olacaq

“Kəpəz” məğlubiyyətsiz seriyasını 7-yə çatdırıb.

"Mediasport" xəbər verir ki, Gəncə təmsilçisi son olaraq dünən Premyer Liqanın 10-cu turu çərçivəsində "İmişli"ni məğlub edib (1:0).

Liqada 6 oyundur uduzmayan "sarı-göylər" 4 qələbə qazanıb, 2 heç-heçə ediblər.

Azər Məmmədovun çalışdırdığı komandanın aktivində bir görüş də Azərbaycan Kubokundan var.

Qərblilər “Baku Sportinq”ə qalib gəliblər.

Xatırladaq ki, Premyer Liqada 17 xalla 5-ci olan "Kəpəz" lider "Neftçi"dən 4 xal geri qalır.

Növbəti turda məhz bu iki kollektiv qarşılaşacaq. Matç noyabrın 6-da "Palms Sports Arena"da keçiriləcək.