Hakimləri döymək istəyən baş məşqçilərin cəzaları məlum oldu

AFFA İntizam Komitəsi U-13 Liqasında mübarizə aparan "Araz Bakı UFK"nın köməkçisi məşqçisi Ramin Fərruxlunu cəzalandırıb.
"Mediasport" xəbər verir ki, mütəxəssis 7 oyunluq diskvalifikasiya edilib.
Mütəxəssis "Binə" ilə oyunda meydana daxil olaraq hakimə fiziki təzyiq göstərib və qırmızı vərəqə alaraq meydandan qovulub.
U-14 Liqasında isə "Birlik" komandasının baş məşqçisi Zahid Əliyev "Baku Sporting"lə görüş ərzində və qarşılaşma bitdikdən sonra AFFA-nın və hakimlərin ünvanına təhqiredici ifadələr işlətdiyi üçün 5 matçlıq cəzalandırılıb.
Region Liqasında Saatlının "Ümid" komandasının baş məşqçisi Anar Cəbrayılov və klub rəsmisi "Marafon"la oyunda hakimləri təhqir etdiyi üçün analoji cəza ilə üzləşib.