İran millisinin futbolçusu adının “Qarabağ” və “Neftçi” ilə birgə çəkilməsinə münasibət bildirdi
“Klubumla müqaviləm davam edir. Bütün diqqətimi qalan oyunlara kökləmişəm".
"Mediasport" xəbər verir ki, bunu Rusiyanın “Dinamo” (Mahaçqala) klubunun futbolçusu Məhəmməd Cavad Hüseynnecad deyib.
İran milli komandasının yarımmüdafiəçisi adının “Qarabağ” və “Neftçi” ilə birgə çəkilməsinə münasibət bildirib.
22 yaşlı futbolçu onunla heç kimin əlaqə saxlamadığını bildirib:
"Mövsümün son mərhələsidir. Bizim üçün vacib perioddur. Yayılan transfer xəbərlərinə gəlincə, şəxsən mənimlə heç kim danışmayıb”.
Xatırladaq ki, 2024-cü ildən "Dinamo"da forma geyinən Hüseynnecad Mahaçqala təmsilçisinin heyətində bu mövsüm 26 oyun keçirib, 4 qol və 1 məhsuldar ötürməsi var.
