Milli komandamız Qəbələdə Gürcüstanla bərabərə qaldı

Qəbələdə təlim-məşq toplanışında olan Azərbaycanın U-17 millisi ikinci yoxlama görüşünü bu gün keçirəcək.
"Mediasport" xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu komanda Gürcüstanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.
Matç 1:1 hesabı ilə yekunlaşıb. Komandamızın qolunu 26-cı dəqiqədə Səttra Tahirzadə vurub.
Qeyd edək ki, millimiz iyunun 6-da Qəbələdə keçirdiyi ilk yoxlama oyununda Qazaxıstan seçməsi üzərində 2:0 hesablı qələbə qazanıb.