Azərbaycan idmançıları Rusiya turnirində bürünc medal qazandı
Azərbaycanın kamandan oxatanları Rusiyanın Çita şəhərində keçirilən "Vladimir Yeşeeyev mükafatı" üzrə beynəlxalq turnirdə uğurla çıxış ediblər.
"Mediasport" xəbər verir ki, Fatimə Hüseynli, Nilufər Ağaməmmədli və Lalə Əbdürəhmanovadan ibarət trio 15 ölkənin iştirak etdiyi yarışda üçüncü yeri tutublar.
Turnir dekabrın 4-dən 7-dək keçirilib.

