Maqomedov "ustad dərsi" keçəcək

Parisdə keçirilən Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Qaşim Maqomedov "Mayami 2025" beynəlxalq taekvondo düşərgəsinə dəvət alıb.
"Mediasport" xəbər verir ki, Avropa çempionu xüsusi qonaq və təlimçi qismində "ustad dərsləri" keçərək, iştirakçılarla təcrübəsini bölüşəcək.
Xatırladaq ki, ABŞ-də keçiriləcək düşərgə 30-31 avqustda baş tutacaq.