AVRO-2027: Yığmamız səfərdə Şimali Makedoniya ilə üz-üzə
Kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci il Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək.
"Mediasport" xəbər verir ki, A qrupunda yer alan Tahir Baxşıyevin komandası səfərdə Şimali Makedoniya yığması ilə üz-üzə gələcək.
Skopyedə baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Komandamızın növbəti matçı noyabrın 30-da Bakıda Lüksemburqa qarşı olacaq.
