Ukraynalı məşqçi yenidən Azərbaycanda işləyə bilər

Ukraynalı məşqçi yenidən Azərbaycanda işləyə bilər

"Futbola geri qayıtmaq istəyirəm. Hələlik nəsə alınmır. Azərbaycandan mənə gözləməli olduğumu dedilər".

"Mediasport" Ukraynanın "Tribuna" saytına istinadən xəbər verir ki, bu sözləri "Keşlə"nin (indiki "Şamaxı") sabiq baş məşqçisi Yuri Maksimov deyib.

O, Azərbaycan Premyer Liqası ilə yanaşı, Qazaxıstan və Sloveniyadan da təkliflər aldığını söyləyib.

2017/2018-ci illər mövsümündə "Keşlə"də (indiki "Şamaxı") işləmiş ukraynalı komandaya Azərbaycan Kubokunu qazandırıb.

57 yaşlı mütəxəssis "Obolon", "Krivbass", "Metallurq" (Donetsk), "Mordoviya", "Taraz", "Vorskla", "Dnepr-1" klublarında da çalışıb.