Klubların UEFA reytinq cədvəli yeniləndi - "Qarabağ" neçəncidir?

Avrokubokların yarımfinal mərhələlərinin cavab oyunlarından sonra klubların UEFA sıralamasında mövqeyi yenilənib.
"Mediasport" xəbər verir ki, reytinqdə 7 komanda ilə təmsil olunan Azərbaycan klublarından ən yaxşı göstərici "Qarabağ"a məxsusdur.
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv 32.000 əmsalla 69-cu pillədəki yerini qoruyub.
“Neftçi” 8,000 xalla 181-ci sırada qərarlaşıb, “Zirə”, “Sabah”, “Sumqayıt” 4,000 xalla 318-ci, “Qəbələ” və “Şamaxı” isə 3,925 xalla 337-cidir.
Cədvələ 143,500 xalla Madrid "Real” başçılıq edir.