ÇL-in pley-off cütləri məlumdur
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin bütün cütləri müəyyənləşib.
"Mediasport" xəbər verir ki, Azərbaycanın yarışda təmsilçisi “Sabah” növbəti Liqa mərhələsi yolunda mübarizədə İsrailin "Hapoel" (Ber-Şeva) komandası ilə üz-üzə gələcək.
Pley-offun ilk matçları avqustun 18--19-da, cavab görüşləri 25-26-da keçiriləcək.
Qalib kollektivlər Çempionlar Liqasının, məğlub komandalar isə Avropa Liqasının əsas mərhələsinə vəsiqə əldə edəcəklər.
UEFA Çempionlar Liqası. Pley-off cütləri
“Fənərbağça” (Türkiyə) – “Olimpik” Lion (Fransa)
NEK (Niderland) - “Budö-Qlimt” (Norveç)
“Hapoel” Beer-Şeva (İsrail) – “Sabah” (Azərbaycan)
“Slovan” (Slovakiya) - “Çelye” (Sloveniya)
“Seltik” (Şotlandiya) - LASK (Avstriya)
“Dinamo” Zaqreb (Xorvatiya) – “Vikinq” (Norveç)
“Levski” (Bolqarıstan) - AEK (Yunanıstan)


