Murad Musayev Rusiyada 2025-ci ilin ən yaxşı baş məşqçisi seçildi
“Sport Ekspress” nəşri Rusiyada ilin futbol məşqçisini müəyyənləşdirib.
"Mediasport" xəbər verir ki, “Krasnodar” klubunu çalışdıran Murad Musayevi ölkənin ən yaxşısı seçilib.
2021-2024-cü illərdə Azərbaycanda “Sabah”ın baş məşqçisi olmuş mütəxəssis “Baltika”dan Andrey Talalayev və MOİK hokkey klubundan İqor Nikitini qabaqlayıb.
Qeyd edək ki, "Krasnodar" Murad Musayevin rəhbərliyi altında Rusiya Premyer Liqasında 2024/2025-ci illər mövsümündə çempion olub.
