KL: "Sabah" Bolqarıstan səfərində son dəqiqə qolu ilə məğlub oldu

Azərbaycanın UEFA Avropa Konfrans Liqasında digər komandası "Sabah" da bu gün 3-cü təsnifat mərhələsində ilk görüşünü keçirib.
"Mediasport" xəbər verir ki, Valdas Dambrauskasın baş məşçqisi olduğu "bayquşlar" Bolqarıstanda "Levski"yə minimal hesabla uduzub - 0:1.
Masazır təmsilçisi oyunun əsas vaxtının sonuna əlavə edilmiş 8-ci dəqiqədə qapısında qol görüb.
Komandalar arasında cavab qarşılaşması avqustun 14-də Bakıda reallaşacaq.
"Sabah" - "Levski" cütünün qalibi pley-off mərhələsində AZ (Niderland) - "Vaduts" Lixtenşteyn) duelinin güclüsü ilə qarşılaşacaq.
UEFA Avropa Konfrans Liqası. 3-cü təsnifat mərhələsi. İlk oyun
"Levski" (Bolqarıstan) - "Sabah" 1:0
Baş hakim: Duye Strukan, Alen Yakşiç, Maryan Tomas, Ante Terziç (hamısı Xorvatiya)
Sofiya, "Georgi Asparuxov" stadionu.