Liqa 1 klubu 42 yaşlı braziliyalı futbolçu ilə yeni müqavilə bağladı

Fransanın "Nitsa" klubu 10 ilə yaxındır heyətdə olan müdafiəçi Dante ilə bağlı qərar verib.
Mediasport.com.az xəbər verir ki, Liqa 1 təmsilçisi 42 yaşlı futbolçu ilə yeni müqavilə bağlayıb.
Braziliya millisinin sabiq üzvü ilə anlaşma 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Xatırladaq ki, 2016-cı ildən "Nitsa"da forma geyinən "sambaçı" cari mövsüm 18 görüşdə meydana çıxıb.