"Neftçi"nin yola saldığı futbolçu Rumıniyanın 2-ci Liqa klubunda
“Neftçi”nin bu yay yola saldığı Kristian Kostin özünə komanda tapıb.
"Mediasport" xəbər verir ki, 28 yaşlı müdafiəçi karyerasını ölkəsi Rumıniyada davam etdirəcək.
2-ci liqa klubu “Kindiya” ilə anlaşan futbolçu bu mövsümü Tırqovişte təmsilçisinin heyətində keçirəcək.
Qeyd edək ki, rumın ötən mövsüm formasını geyindiyi "ağ-qaralar"la ikisi kubok görşü olmaqla, ümumilikdə 7 matmda meydana çıxmışdı.

