FİFA ilin ən yaxşı futbolçuları üçün yeni mükafat təsis etdi

FİFA ilin ən yaxşı futbolçuları üçün yeni mükafat təsis etdi

FİFA yeni mükafat təsis edib.

"Mediasport" xəbər verir ki, ilk dəfə 2026-cı ildə təqdim olunacaq mükafat ilin ən yaxşı futbolçularına veriləcək.

Beynəlxalq Futbol federasiyası bu məqsədlə Dubay İdman Şurası ilə tərəfdaşlıq razılaşması imzalayıb.

2026-cı ildən etibarən bu tədbir FIFA-nın yeganə rəsmi illik mükafatlandırma mərasimi olacaq və ötən təqvim ili ərzində ən yaxşı oyunçuları, komandaları və nailiyyətləri qeyd etmək məqsədilə dünyanın hər yerindən futbolun ən nüfuzlu simalarını bir araya gətirəcək.

Xatırladaq ki, FİFA 1991-ci ildən tək, 2010-cu ildən 2015-ci ilə kimi "France Football" jurnalı ilə birlikdə ən yaxşı futbolçuya "Qızıl top" mükafatı verib.

2016-cı ildə isə hər iki qurum ayrı-ayrılıqda mükafat yaradıb və mükafatlandırma indiyədək davam edir.