"Mançester Yunayted" rəhbərliyi Ruben Amorimi istefaya göndərdi

"Mançester Yunayted" rəhbərliyi Ruben Amorimi istefaya göndərdi

İngiltərənin "Mançester Yunayted" klubu baş məşqçisi Ruben Amorimi istefaya göndərib.

"Mediasport" xəbər verir ki, bu barədə məşhur insayder Fabrisio Romano məlumat yayıb.

Rəhbərlik uğursuz nəticəclərdən dolayı portuqaliyalı mütəxəssislə görüşərək yolları ayırıb.

Xatırladaq ki, Amorim 2024-cü ilin noyabrından "qırmızı şeytanlar"a rəhbərlik edirdi.

Komanda cari mövsüm Premyer Liqada 20 turdan sonra 31 xalla 6-cı sırada qərarlaşıb. Çempionluq marafonundan uzaq düşən mançesterlilər lider "Arsenal"dan 17 xal geri qalırlar.

Komandanı Premyer Liqanın 21-ci turunun "Börnli" ilə oyununa Darren Fletçer çıxaracaq.