Yankoviç məhsuldar ötürmə etdi, milli komandası qələbə qazandı

Yankoviç məhsuldar ötürmə etdi, milli komandası qələbə qazandı

"Qarabağ"ın futbolçusu Marko Yankoviç Monteneqro milli komandasında növbəti oyununa çıxıb.

"Mediasport" xəbər verir ki, Ağdam təmsilçisinin üzvü Bolqarıstanla yoxlama matçında meydana sonradan daxil olub.

Monteneqro futbolçuları görüşü qələbə ilə başa vurublar - 1:0.

Yeganə qolun məhsuldar ötürməsini Yankoviç edib.