"Mənim üçün daha vacib olan daxili liqada rəqabətin olmasıdır"

 "Mənim üçün daha vacib olan daxili liqada rəqabətin olmasıdır"

"Son bir il Azərbaycan futbolu üçün önəmli idi. Bu ildə əldə olunan uğurlar münasibətilə federasiyanı təbrik edirəm. Həyatın başqa sahələrindən fərqli olaraq, idman elədir ki, burada hər şey ancaq nəticələrlə ölçülür".

"Mediasport" xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

Qurum rəsmisi AFFA-nın XXXIV Hesabat Konfransınd iştirak edib:

"Subyektiv fikir mümkün deyil. Obyektiv nəticələrlə hər şey ölçülür. Builki nəticlər də uğurlu olub. "Qarabağ"ın və millimizin uğurları oldu.

Mənim üçün daha vacib olan daxili liqada rəqabətin olmasıdır. Bu da futbolumuzun inkişafını göstərir.

Oyunlara maraq da artıb. Futbolun inkişafı göz qabağındadır".