Azərbaycan Kubokda 20-ci ev qolu vuran 30-cu komanda "Sabah" oldu

 Azərbaycan Kubokda 20-ci ev qolu vuran 30-cu komanda "Sabah" oldu

"Sabah" Azərbaycan Kubokunda 20-ci ev qoluna imza atıb.

"Mediasport" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu topu Velko Simiç vurub.

O, yarımfinalın "Qarabağ"la cavab görüşündə (2:1) hesabı bərabərləşdirib.

Bakı klubu ölkə kuboku tarixinə evdə 20 və daha çox qol vuran 30-cu komanda kimi düşüb. 13-cü ev görüşünə çıxan "Sabah" qol sayını 21-ə çatdırıb.

Orta məhsuldarlıq 1,62-yə bərabərdir.

Qeyd edək ki, evdə ən çox qol vuran komanda "Qarabağ"dır. Ağdam təmsilçisi 193 dəfə fərqlənib.