Vaqif Cavadov istefaya göndərildi

"Sumqayıt" baş məşqçisi Vaqif Cavadovla yollarını ayırıb.
"Gənclik şəhəri" təmsilçisindən "Mediasport"a verilən məlumata görə, qərar 35 yaşlı mütəxəssislə klub rəhbərliyi arasında bu gün baş tutan iclasdan sonra qəbul edilib.
Onun müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib. O, bundan sonra klubun aşağı yaş qruplarından ibarət komandalarından birində məşqçi kimi fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, Vaqif Cavadovla ötən il 2,5 illik müqavilə imzalanmışdı.
"Sumqayıt" son olaraq Misli Premyer Liqasının XXXIV turunda "Kəpəz"ə 0:1 hesabı ilə məğlub olub. Komanda hazırda turnir cədvəlində 30 xalla doqquzuncu sırada yer alıb.
Komanda müvəqqəti olaraq Vurğun Hüseynova tapşırılıb.
"Sumqayıt" XXXV turda "Turan Tovuz"la, 36-cı turda "Səbail"lə qarşılaşacaq.