Milli üzvü Portuqaliyadakı qitə birinciliyində iştirak edəcək

  Milli üzvü Portuqaliyadakı qitə birinciliyində iştirak edəcək

Portuqaliyada keçiriləcək kayak və kanoe üzrə Avropa çempionatında Azərbaycan millisinin üzvü də yarışacaq.

"Mediasport" xəbər verir ki, iyunun 11-dən 14-nə qədər keçiriləcək turnirdə Tatyana Smilovenko kanoe qayığında mübarizə aparacaq.

O, keçən il Rumıniyada baş tutan Avropa çempionatında bürünc medal qazanıb.