Millimiz Meksikada 9 medalla komanda hesabında 1-ci yeri tutdu

Azərbaycanın cüdo üzrə millisi Meksikanın Qvadalaxara şəhərində təşkil olunan Qran-pridə komanda hesabında birinci yeri tutub.
"Mediasport" xəbər verir ki, yığmamız yarışda 6-sı qızıl olmaqla 9 medal qazanıb.
Balabəy Ağayev (60 kq), Ruslan Paşayev (66 kq), Hidayət Heydərov (73 kq), Vüsal Qələndərzadə (81 kq), Zelim Kotsoyev (81 kq) və Uşanqi Kokauri (+100 kq) çempion olublar.
Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq) və Murad Fətiyev (90 kq) bürünc medal əldə ediblər.