Millimiz Bakıda Belarus yığması ilə qarşılaşacaq: Heyət açıqlandı

 Millimiz Bakıda Belarus yığması ilə qarşılaşacaq: Heyət açıqlandı

Aprelin 24-dən 30-dək Su İdmanı Sarayında təlim-məşq toplanışı keçəcək çimərlik futbolu üzrə Azərbaycan millisi Belarus yığması ilə iki yoldaşlıq oyunu keçirəcək.

"Mediasport" xəbər verir ki, görüşlərin aprelin 29-da və 30-da keçirilməsi nəzərdə tutulub.

Hər iki matç saat 18:00-da başlayacaq.

Qapıçılar: Elçin Qasımov, Emil Omarov;

Oyunçular: Elşad Manafov, Kamil Hüseynov, Orxan Məmmədov, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Bayram Bayramlı, İsa İsayev.