Azərbaycan yığması Avropa Liqasının hazırlıqlarına başladı

 Azərbaycan yığması Avropa Liqasının hazırlıqlarına başladı

Qadınlardan ibarət Azərbaycan millisinin Avropa Liqasına hazırlığı start götürüb.

Azərbaycan Voleybol Federasiyasından "Mediasport"a verilən məlumata görə, ilk olaraq fiziki hazırlıq üzrə çalışmalar həyata keçirən komanda bu gündən Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində geniş heyətlə əsas hazırlıq mərhələsinə başlayıb.

Təlim-məşq prosesinə ümumilikdə 26 voleybolçu cəlb olunub. Yığmaya baş məşqçi Faiq Qarayev rəhbərlik edir.

Hazırlıq proqramına əsasən, komanda Bakıda və ölkə xaricində təlim-məşq toplanışlarında olacaq, həmçinin bir sıra yoxlama oyunları keçirəcək.

Qeyd edək ki, Avropa Liqasında millimizin ilk oyunları iyunun 5-7-də Bakıda baş tutacaq.