Azərbaycan çempionu bütün futbolçuları ilə yollarını ayırdı

2024/2025-ci illər mövsümündə Azərbaycan 2-ci Lqiasının qalibi olan “Şahdağ Qusar” bütün futbolçularla müqaviləyə xitam verib.
"Mediasport" xəbər verir ki, bu barədə klubun sosial səhifələrində paylaşım edilib.
Qeyd olunub ki, bütün futbolçuların sözləşmələrinə xitam verilib. Klub tərəfdən onlara təşəkkür ifadə olunub.
Bundan başqa yeni futbol mövsümü ilə bağlı yaxın günlərdə məlumat veriləcəyi də qeyd edilib.