Millimiz Moldova ilə heç-heçə etdi
17 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununa çıxıb.
"Mediasport" xəbər verir ki, B Liqasının I qrupunda yer alan Nərgiz Qurbanovanın komandası meydan sahibi Moldova ilə qarşılaşıb.
Kişinyovda baş tutan görüşdə qapılara qol vurulmayıb.
Beləliklə yığmamız qrupu 1 xalla sonuncu pillədə başa vurub.
Xatırladaq ki, komanda qrupda daha əvvəl Uelsə 0:7, Kosovoya 0:6 hesabı ilə uduzub.
