Millimizin sabiq baş məşqçisi İngiltərə klubu ilə "het-trik" etdi

Kişi basketbolçulardan ibarət Azərbaycan milli komandasının sabiq baş məşqçisi Samit Nuruzadə İngiltərədə növbəti uğurunu qazanıb.
"Mediasport" xəbər verir ki, mütəxəssisin baş məşqçisi “Ridinq Rokets” klubu Birinci Divizionun kubokunu əldə edib.
Pley-off finalında "Milton Keyns" qalib gələn (102:91) Nuruzadənin komandası mövsüm titul "het-trik"i ilə başa vurub.
Xatırladaq ki, "Ridinq Rokets" ilin əvvəlində FA Milli kubokunun qalibi olub, daha sonra Birinci Divizion klublarının Kitkinq Kubokuna yiyələnib.