"Kəpəz" rəhbərliyi Mirça Redniklə anlaşdı - Rumın ÖZÜ AÇIQLADI

"Kəpəz" rəhbərliyi Mirça Redniklə anlaşdı - Rumın ÖZÜ AÇIQLADI

Hazırda ciddi maliyyə böhranı yaşayan Rumıniyanın “UTA Arad” klubunun baş məşqçisi Mirça Rednik "Kəpəz"lə danışıqlar aparır.

"Mediasport" “Prosport.ro”ya istinadən xəbər verir ki, 2010-2011-ci illərdə Azərbaycanda işləmiş mütəxəssis yenidən ölkəmizdə çalışmaq ehtimalının olduğunu açıqlayıb:

"Maliyyə baxımından azərbaycanlılar məni razı saldılar. Amma biz hələ mövsümün sonunu gözləyirik".

Qeyd edək ki, Rumıniya klubunda uzun müddətdir maaşlar verilmir. 

63 yaşlı Rednik tarixə qovuşmuş "Xəzər Lənkəran"ın baş məşqçisi olub və cənub təmsilçisinə Azərbaycan Kubokunu qazandırıb.